beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"İstədi mən tək yana dəhrdə pərvanə də"

İstədi mən tək yana dəhrdə pərvanə də,
Eh, görəsən gördü nə mən dəli-divanədə?

Üz çevirib getmisən, həsrət üzür qəlbimi,
Əhdə vəfa görmədim eşqinə biganədə.

Bənd elədim qəlbimi zülfü-pərişanına,
Dəstələdin zülfünü, getdi ürək şanədə.

İçməyə eşqin meyin adət edib bilmişəm,
Yoxdu bu ləzzət düzü məscidi-qəmxanədə.

Gül nəfəsin dəydimi əsdi ürək telləri,
Bənzərini görmüşəm tir-tir əsən nanədə.

Yandı Kərəm, çöllərə Məcnun adını həkk edib,
Mən dəliyə yoxdu yer indi bu viranədə.

Eşqimiz əfsanəyə döndü, gəzir elləri,
Bəs niyə “Məmməd” adı yoxdu bu əfsanədə?


Tarix: 31.03.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Qezeller