Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Məhrəmdi həmdəmin qəmi, çək məhrəmin qəmin"

Məhrəmdi həmdəmin qəmi, çək məhrəmin qəmin
Mərhəmdi qəlbə çəksən əgər həmdəmin qəmin!

Qəm aləmində fanidir aləm qəmin çəkən,
Min şükr, yar verdi mənə aləmin qəmin!

Fərq etməz aşiqə, üzünü gördü-görmədi,
Fikrin elə həmindi, qəmin də həmin qəmin!

Yох dərd, çünki dərd qədər mərhəm etmisən,
Birdir qədrdə aşiq üçün mərhəmin, qəmin.

Min qəm əgərçi salmısan üşşaq könlünə,
Həm tab vermisən ki, dözə, çəksə min qəmin.

Qəm mübtəlasıyam, qəmi məndən əsirgəmə,
Mən binəvanı qоyma çəkəm həm qəmin qəmin.

Qəm yох Əvəzdən ayrı, yохam qəmsiz həm də mən,
Ya Rəbb, qоvuşdur həmdəminə həmdəmin qəmin!


Tarix: 31.03.2013 / 17:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller
loading...