beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Göstər mənə"

GƏL, BƏLA MÜLKÜNDƏYƏM, YARIM, ŞƏFA GÖSTƏR MƏNƏ,
DƏRMANIM VARSA ƏGƏR SƏNDƏN SƏVA, GÖSTƏR MƏNƏ.

BİVƏFAYAM--SÖYLƏYİB GETMƏ, VƏFASIZSAM ƏGƏR,
EY VƏFADAN DƏM VURAN AŞİQ, VƏFA GÖSTƏR MƏNƏ.

GÖRMÜŞƏM AŞİQLƏR EŞQ DƏRDİNDƏ DƏRMAN TAPMAYIB,
SƏN RƏHM QIL, İNSAF EYLƏ, BİR DƏVA GÖSTƏR MƏNƏ.

SƏNDƏN ETMƏM İMTİNA YAXDIQCA HİCRANIN MƏNİ,
XOŞDUR ÇƏKMƏK HİCRİNİ, YANDIR, CƏFA GÖSTƏR MƏNƏ.

NEY-NƏVADAN DUYDULAR NALƏM YAYILMIŞ ALƏMƏ,
VƏSLİ YAR UĞRUNDA BUNCA BİR NƏVA GÖSTƏR MƏNƏ.

ÇEVRİLİB QƏLBİM MƏHƏBBƏT DƏRDİNİ DƏRGAHINA,
BUNDAN İSTİ, DOĞMA, MƏHRƏM BİR YUVA GÖSTƏR MƏNƏ.

AYRILIQ PƏRVANƏSİ DÖVRƏNDƏ CÖVLAN EYLƏYİR,
EY VİDADAN BƏHS EDƏN ŞƏMİM, VİDA GÖSTƏR MƏNƏ.

CANAN ÜÇÜN TÖKDÜYÜM GÖZ YAŞLARIMDAN DOYMURAM,
AŞİQƏM, EY GÖZLƏRİM, ÇAĞLA, QİDA GÖSTƏR MƏNƏ.

HƏR KƏSƏ QİSMƏT DEYİL EŞQ ALƏMİ, EY XATİRƏ,
SÖYLƏMƏK DÜŞMƏZ SƏNƏ, YA RƏBB, SƏFA GÖSTƏR MƏNƏ.


Tarix: 31.03.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Qezeller