beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Məndə var kimi"

Eşqimiz daha eşqə bənzəməz, səndə yox kimi, məndə var kimi,
Canımın canı eşqə bağlıdır, çıxsa qan olar, qaldı xar kimi.

Can dilər canım zülmünə dözə, satmışam dəmi, vermişəm gözə,
Çox dedim, könül, baxmadın sözə, döy di başıva, çatda nar kimi.

Eşqimiz küsüb qalxdı göylərə, aldı ruhumu axdı göylərə,
Ahım atəşi çıxdı göylərə, yağdı könlümə, yağdı qar kimi.

Bir xəbər verin yar məkanına, bəlkə eşqini çəkdi yanına,
Aldı qəlbimi, hopdu canıma, girdi qanıma zəhrimar kimi.

Çərxi dönmüşün döndü gərdişi, düşdü yadına köhnə vərdişi,
Sıxdı canımı dərdimin dişi, çaldı hər gecə, çaldı mar kimi.

Yoxmu bir bilən kimdi Xalidə, mən deyim sizə qəmdi Xalidə,
Bəxti, taleyi kəmdi Xalidə, çox da görsənir bəxtiyar kimi.


Tarix: 31.03.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Qezeller