beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı"

Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı,
Meylim sənə həmrazdı, həmrazi-sərəfrazdı.

Sevda xəyalın adət eylər bu könül halət,
Vüslətli məramiyyət yoxdur, ya da ki, azdı.

Könlüm qəmi karvannan, keçmiş yolu hicrandan,
Almış canı canandan, sanmış günü pərvazdı.

Hicran zəfərin çalmış, naləm qəmə zil xalmış,
Vəslin közü allanmış, odlar yenə fəyyazdı.

Bəxtim nə yaman yatdı, röyama zəhər qatdı,
Ümmanda ümid batdı, səhrada güman azdı.

Ahda nə güzarlar var, bilməz belə səyyahlar,
Çəkdim neçə min ahlar, dərgah da birin yazdı.

Göylər dedi dildarə, çək Mahcamalı darə,
Sənsiz o məhiparə yox çarəsi, nasazdı.


Tarix: 31.03.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Qezeller