beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Saxlasın"

Gəl, gəl ey dilbər, səni Allah nəzərdən saxlasın,

Fitnədən, şərdən, xətərdən, dərdi-sərdən saxlasın.


Gözlərim yaşın çəkib ardınca, sahil seyrinə,

Getmə kim, axsın kənar, qeyzin Xəzərdən saxlasın.



Etməsin canın sevən aşıq təmənna ləblərin,

Etməyib vəslin xəyal, cismin şəkərdən saxlasın.



Yoxdu tabım həsrətə, gizlənmə məndən ey pəri,

Taxmasın zənciri sail, dərbədərdən saxlasın.



Kölgəni torpağə yox,gəl sal bu cansız cismimə,

Tozlu yollardan onu, qoy barı hərdən saxlasın.



Olmasın bidar mən tək məst gözlərdən rəqib,

Məst yatsın ömrünü, şərrin bəşərdən saxlasın.



Bizəban, eşq atəşi, sarmış sərasər cismini,

Üzmə əl dərgahdən, şükr et, betərdən saxlasın
Ilqar Bizəban


Tarix: 31.03.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Qezeller