beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Adəm övladı bu dünyanı güzər etmədimi"

Adəm övladı bu dünyanı güzər etmədimi,
Özü-öz varlığına yoxsa nəzər etmədimi?

Xəlq edib faili-muxtar bəşər əhlin Xaliq,
Məgər öz istədiyin əhli-bəşər etmədimi?

Onun üçün olacaq ruzi-qiyamətdə hesab,
O günə şübhə edən dərdü kədər etmədimi?

İki yol var, biri Allah, biri şeytan yoludur,
Gedən Allah yolunu əldə səmər etmədimi?

Hər kəsin qiyməti cənnətdi dedi:-Mövlamız,
Kim ucuz satdı özün iştə zərər etmədimi?

İmtəhançün yaranıb dari-fəna insanə,
Kim bəqa sandı onu ömrün hədər etmədimi?

Elmü hikmətdə bütün gizli olan sirlərdən,
Əhli-Beyt aləmi agah məgər etmədimi?

Çatmamışdan əcəlin tövbəvü imanə tələs,
Tanrı rəhmin bizə ol anə qədər etmədimi?

Ey qəvimi, nə umursan bu fəna dünyadən,
Fani dünyanı Xuda gəldi-gedər etmədimi?


Tarix: 31.03.2013 / 16:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller