beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Eşq içrə"

Könül,qaldım əcəb həsrət məhi-rüxsarə eşq içrə,
Qəmi-hicranla olmuş ruzigarım qarə eşq içrə.

Xəyalın eylədimsə yarımın hüsnün nə vaxt ey dil,
Bəla səhrasına düşdüm məni-avarə eşq içrə.

Vüsali-yarə yetməkçün əsiri-dərdəm,ey bidərd,
Diyari-dərdə kim düşsə ona yox çarə eşq içrə.

Əlacın ey təbib,axtarma bidərman olan dərdin,
Bu dünyadə tapılmaz bir dəva bimarə eşq içrə.

Dolanıb şəmdə yansam mənə eyb etməyin əsla,
İşi pərvanənin yanmaq olubdur narə eşq içrə.

Nigarım,gəl səfa bəxş et vüsalınla məni-zarə,
Kərəm qıl,binəva aşiq yetişsin yarə eşq içrə.

Xəlayiq içrə vardırmı Qəvimi,sən kimi aşiq,
Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə.


Tarix: 31.03.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Qezeller