beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Mən bu dərd əhliylə illərdir ki,həmkar olmuşam"

Mən bu dərd əhliylə illərdir ki,həmkar olmuşam

Dərmanım dərddir mənim axır xəbərdar olmuşam





Yüz gözəllik gəzmişəm tək bir gözəllik tapmışam

Bir bəladan qaçmışam,yüz dərdə düçar olmuşam.





Vaxt olub çox görmüşəm,çox bilişəm,çox yazmışam

Vaxt olub kor olmuşam,lal olmuşam,kar olmuşam.





Məzluma rəhm etmişəm,acizlərə əl tutmuşam

Zalıma zalım baxıb,qəddarla qəddar olmuşam.





Olmuşam rəssam,rəsm çəkməkdən həsrət çəkmişəm

Abad etməklə sınan bir qəlbi memar olmuşam.





Mən sevəndən vəsli yox,hicranı hərgün dadmışam

Bunca qəmdən yazmağa bir sözlə vadar olmuşam.





Bəlkə də Məcnun yalanmış,ilk olan Məcnun mənəm

Bəlkə də Məcnun mən idim bir də təkrar olmuşam.





Sən gedəndən əynimə səssiz qaranlıq geymişəm

Gah gedib,gah gəlmişəm kölgəmlə oxşar olmuşam.



Pərvizi hər kimki istər yox görə,bilsin ki qoy

Mən varamsa izni Allahım verib var olmuşam...


Tarix: 31.03.2013 / 16:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Qezeller