beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf"

Hər gün Aşuradır ey dil,Kərbəladır hər tərəf,
Ta yetib mahi-Mühərrəm pürbəladır hər tərəf.

Kərbəla qovğası aləmdə dəmadəm yad olur,
Səndə gəl yad eylə ki,ahü nəvadır hər tərəf.

Qeyri-mümkündür bu gün məhzun könül ah etməsin,
Möhnətü dərdü bəlayə mübtəladır hər tərəf.

Qətl edib Ali-Əbanı qövmi-zalım zülm ilə,
Ol səbəbdən sərbəsər bəzmi-əzadır hər tərəf.

Yoxdu şadlıqdan əsər,aləm geyib qarə libas.
Əhli-Beyt olmuş şəhid matəmsəradır hər tərəf.

Qərq olub göz yaşına indi Hüseyn aşiqləri,
Harə baxsan aşiqi-bəxtiqəradir hər tərəf.

Ağlayarsa kim Hüseynə bil günahı əfv olar,
Ey Qəvimi,rəhməti-Bari-Xudadır hər tərəf.


Tarix: 31.03.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Qezeller