beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qeys, cox dad etmə ki, Məcnun edib Leyla məni"

Qeys, cox dad etmə ki, Məcnun edib Leyla məni
Bir mənim bax halimə gör neynəyib sevda məni.

Sən yenə səhrada tapdin bir təsəlli qəlbivə
Qisqanir mən sevdiyim cananima səhra məni.

Sən cirib atdin libasin, ey özündən bixəbər
Aşiqin göz yaşina batsin gərəkdir daməni.

Kimdi Məcnun mən olan yerdə sənə canim fəda
Əhdə sadiq aşinan bil, ey mələksima, məni.

Ta sevəndən mən səni verdim bu dünyaya təlaq,
Zərrəcə indi düşündürmür fəna dünya məni.

Bu xərabə oylə yerdir yad edərsən yad edər,
Gər onu yad etməsəm yad eyləməz əsla məni.

Bir uşaq tənha otaqda qalsa neylər, cox güman
Aqlayib səslər anasin; qoymayin tənha məni.

Mən günahkari qəbirdə incidən vəqti mələk
Vardir ümmidim ki tək qoymaz anam Zəhra məni

Ey XUDA Elşən səni ali-əbaya and verir
Ruzi-məhşərdə baqişla eyləmə rüsva məni


Tarix: 31.03.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Qezeller