beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ey dil, barı meyxanə sarı bir güzər eylə"

Ey dil, barı meyxanə sarı bir güzər eylə
Gör məstlərin haləti-vəcdin, nəzər eylə.

Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,
Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.

Bir gül məni cövr ilə şəhid eylədi axir,
Bülbüllərə, ey badi-səba, get xəbər eylə.

Yan atəşi-hicranə, könül, çək bu bəlanı,
Bu eşqdən axir demədimmi həzər eylə?

Təsir eləməz ol büti-səngindilə naləm,
Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.

Ahım küləyi yıxmadi bünyadını hicrin,
Ey seyli-sirişkim, sən özün bir hünər eylə.

Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,
Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.


Tarix: 31.03.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Qezeller