beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Məftuni-səri-zülfüne qüllab gərəkməz"

Məftuni-səri-zülfüne qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,
Qashın görənə səcdeyi-mehrab gərəkməz.

Aç zülfünü, divanələri bir yerə yığma,
Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.

Yatma xəmi-zülfündə nigarın belə rahət,
Ashiqlərə, ey xəstə könül, xab gərəkməz.

Mən nəsheyi-ləli-ləbi-canan ilə məstəm,
Saqi, mənə minbəd meyi-nab gərəkməz.

Hicrində rəvadir ciyərim qanı tökülsün,
Çeshmindən axan qətreyi-xunab gərəkməz.

Sirab eləyib ləli-ləbin Sabiri, ey shux,
Təbdari-qəm-eshqinə qəndab gərəkməz.


Tarix: 31.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Qezeller