beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Verir"

Aşiqə təlimi-yar feyzi-bəşarət verir,
Hər necə gül bülbülə dərsi-fəsahət verir.

Ol səhi-qəd, püstələb, gülşənə olsa rəvan,
Qönçəni dilxun edər, sərvə xəcalət verir.

Düzəx odu söylənir, şiddəti məşhurdur,
Canda fəraq atəşi özgə hərarət verir.

Çərxə vəfa bağlama, eyş elə gör vaxtkən,
Vədə irişsə əcəl sanma ki, möhlət verir.

Gövhəri-nəzmin Nişat, düşsə Məsih əlinə,
Rayici-bazar edib, aləmə şöhrət verir.


Tarix: 30.03.2013 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Qezeller