beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Başıma"

Düşübdü tazə yenə şur ilə nəva başıma,
Gələr bu dərdü qəm ilə yəqin həva başıma.

Əgər bu növ keçər ruzigar tanrı bilir,
Ki, hər nə var gələcək möhnətü bəla başıma.

Qəribə günlərə qaldım bilən yox əhvalım,
Töküldü xaki-məzəllət bu mübtəla başıma.

Fələk edibdi məni möhnətü qəmə dayə,
Nə kül töküm məni dilxəstə, ey Xuda, başıma.

Xəta çölündə mən ahülərə düçar oldum,
Yaxın zamanda yəqinən gələr xəta başıma.

Şikəstə Nadimi-nalanəm arizu edərəm,
Çəkə o nazik əlin yari-məhliqa başıma.


Tarix: 30.03.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Qezeller