beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qanlar içirtdi qönçeyi-xəndanə ləblərin"

Qanlar içirtdi qönçeyi-xəndanə ləblərin
Yüz tənə vurdu ləli-Bədəxşanə ləblərin.

Cam içrə ta olunca müqabil dodağuva
Döndərdi badənin ürəyin qanə, ləblərin.

Kafər, nə təşnədir dodağın qanın içməyə,
Rəhm eyləməzmi hiç müsəlmana ləblərin?

Sirri-dəhanüvü nə bilir qeyrlər ki, hiç
Vaqif degül bu nöqteyi-pünhanə, ləblərin.

Zəncirə salmağa genə divanə Rağibi,
Verdi icazə zülfi-pərişanə, ləblərin.


Tarix: 30.03.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Qezeller