beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Çıxıb mürği-könül təndən gəzər dildar olan yerdə"

Çıxıb mürği-könül təndən gəzər dildar olan yerdə,
Ki bülbül aşiyan eylər, bəli, gülzar olan yerdə.

Görüb zülfün, rüxün kani-məlahət olduğun bildim,
Ki derlər: gənc olur bişək cahanda mar olan yerdə.

Süpahi-qəmzə ilə könlümü talan edər çeşmin,
Olurmu zülm bunca ey gözəl, zinhar olan yerdə?

Əlacimdən təbib, əl çək, bu qədr incitmə mən zarı,
Dəvası vəsldir, dil eşqilə bimar olan yerdə.

Dili-viranımı gör, eyb etmə ahü əfğanım,
Sədayi-cüğd olar, naseh, sınıq divar olan yerdə.

Bu doğrudur, deyərlər: it olan evə mələk gəlməz,
Vəfalı yar əglənməz bəli əğyar olan yerdə.

Zülali, nənkü namın tərkin et rəfi-hicab iylə,
Görünməz şahidi məqsud, nənkü ar olan yerdə.
İbrahim Zülali


Tarix: 30.03.2013 / 14:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Qezeller