beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Keçir ömür, bitir imkan yavaş-yavaş, gəl çıx " qəzəli

Keçir ömür, bitir imkan yavaş-yavaş, gəl çıx,
Gəl, öldürür məni hicran yavaş-yavaş, gəl çıx.

Keçən hər ay, ötüşən hər gün, ey sənəm, dərddir,
Bu göz yaşım olur ümman yavaş-yavaş, gəl çıx.

Xeyirlə şər bütün aləmdə cəngə çıxmış bax,
Edir səbr daha üsyan yavaş-yavaş, gəl çıx.

Bu dərdü qəm məni sarsıtdı, dözmürəm artıq,
Canım-gözüm, sənə qurban, yavaş-yavaş gəl çıx.

Əməl yox olmaya nöqsan, düşür söz izzətdən,
Girir qılıqlara şeytan yavaş-yavaş, gəl çıx.

Böyük-kiçik, ədəb-ərkan düşüb bir az dəbdən,
Cılızlaşır daha insan yavaş-yavaş, gəl çıx.

Bilib bölən hələ yoxdur bu Yasinin dərdin,
Çəkir qəmin elə pünhan yavaş-yavaş, gəl çıx.


Tarix: 27.03.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Qezeller