beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Aləmdə sənin tək gözəl afət ola bilməz " qəzəli

Aləmdə sənin tək gözəl afət ola bilməz,
Bir qeyri gözəldə bu lətafət ola bilməz.

Hüsnünlə bütün aləmi heyran eləyibsən,
Heç kimdə belə cazibə, qamət ola bilməz.

Gül çöhrənə heyrətlə baxır lalə, qərənfil,
Gülşəndə də, ey gül, bu təravət ola bilməz.

Hicranə, dedin dözməlisən vəsldən öncə,
Bundan daha layiqli şərafət ola bilməz.

Sevdayə düşəndən elə əvvəl də bilirdim,
Aşiq olanın başı səlamət ola bilməz.

Başdan çıxarıb əqlimi eşqin, dəli etmiş,
Divanədə dinclikdən əlamət ola bilməz.

Ver Yasinə rüsxət gəlib öpsün ayağından,
O gül dodağından hələ söhbət ola bilməz.


Tarix: 27.03.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Qezeller