beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruhum içimdə qəbirdi
Ruhum içimdə qəbirdi

Üfüqlərə bu axşam
Qəriblik çöküb yenə.
Göydən qəriblik yağır
Torpağın sinəsinə.
İlahi, bu dünyada
Bu axşam gör nələr var.
Qərib nəğmə oxuyur
Qərib ağcda quşlar.
Hey axır qərib-qərib
Qərib sular çaylarda.
Hardan gəlib qəriblik
Doğulduğum bu yurda?
Göydə göy üzü qərib,
Yerdə yer üzü qərib.
Bu dünyanın özündə
Dünyann özü qərib.
Ruhum içimdə qərib
İşıq gözümdə qərib.
Niyə olub bu axşam
Özüm özümdə qərib.
Of, ürəyim sıxılır
Qəribliyin içində.
Bu axşam heç olmuşam
Mən heçliyin heçində.
Bu axşam hara gedib
Görən dünya dünyadan.
İndi qəriblik olub
Boş dünyaya hökmran.
Üfüqlərə qəriblik
Çöküb yen bu axşam.
Bu qəriblik içində
Özümdən yox olmuşam.


Tarix: 04.06.2015 / 17:07 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qaçay Köçərli