beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlib girdim qocalığın mülkünə
Gəlib girdim qocalığın mülkünə

Gəlib girdim qocalığn mülkünə,
Ulu Tanrım,nələr varmış bu yedə.
Od günəşin od nəfəsli şəfəqi
Göy üzündən yağan qarmış bu yerdə.

Sıxır məni hər bir gündüz,hər gecə,
Sıxır məni getdiyim yol,hər küçə.
Qəm kök atır ürəyimdə gizlincə,
Geniş dünya yaman darmış bu yerdə.

Tənhalığa gecə-gündüz yeməm mən,
Özüm yoxam, indi olub naləm mən.
Yoxdur bircə harayımı eşidən,
Mənim kimi hamı karmış bu yerdə.

Salxım olub göz yaşlarım,dərən yox,
Bitib qalxır bu sinəmə girən ox.
Hamı baxır, ancaq məni görən yox,
Mənim kimi hamı kormuş bu yerdə.

Məni boğur evimdəki divarlar,
Hər divarda bir vahimə, qorxu var.
Bir tabutdu dövrəmdəki bu qubar,
Öz evim də mənə gormuş bu yerdə.


Tarix: 04.06.2015 / 17:06 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qaçay Köçərli