beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İndi həyatım itimdir mənim
İndi həyatım itimdir mənim

Kimsəsiz evimdə donuram buz tək,
Boranlı,qapqara kənd gecəsində.
Birdən bu buz məni əridir ürək
Həyətdə boy atan itin səsində.

Bu səsdən doğma səs tanımıram mən,
Ondan ürəyimə yaxını yoxdu.
Məni mənzilimdə udmaq istəyən
Gecənin köksünə sancılan oxdu.

Dövrəmdə ulayan yalquzaq divar
Bu səsi eşidib kəsir səsini.
Gecələr ulayan bu dörd canavar
Qorxudan ağzından buraxır məni.

Səsində əriyir gecənin xofu,
Əyrini,oğrunu daşa döndərir.
Dövrəmdə kiriyir gecənin xofu,
Səs deşib içimi boşa döndrir.

Həyətdə açılır bu səs şillə tək,
Həyətə yeriyən qorxuya dəyir.
Qorxunu atılan xəlvət güllə tək
Yerdən də,göydən də quş tək dənləyir.

Ümidi qəlbimdən qoymayır gedə,
Calayır sabahkı gül ümidlərə.
Gecənin xofunu boğub gecədə,
Gecədən çıxarır məni səhərə.


Tarix: 04.06.2015 / 17:05 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qaçay Köçərli