beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT (məşhər)

Röyada qiyamət gününü görmək-röya sahibinin itaətsizlikdən və çirkin şeylərdən çəkinməsini, günah işlərdən sakınmasını ifadə edir.
Yuxuda qiyamət günün görülməsi, eyni zamanda, ədalətə, insafa və məzlumunzalımdan intiqamında da yozula bilir. Yalnız öz üzərində qiyamət qopduğunu görən adam ölür.
Qiyamət-qan tökülməsi, xalq arasında fitnə-fəsada, ixtilaf, savaş, qovğa və sair bu kimi məşhər əlamətlərinin zühur etməsini ifadə edir.
Röyada qəbirlərin yarılıb açıldığını və ölülərin qəbirdən çıxdığını görmək-o yerdə haqqın-ədalətin yayğın olduğuna işarə sayılır.
Röyada qiyamət qopduğunu və dünyanın əvvəlki halına qayıtdığını görmək-bir qövm tərəfindən ediləcək zülmə, haqsızlığa yozulur.
Yuxuda qiyamət qopduğunu görmək-düşmənin bəd əməllərindən qurtarmağa və ya qiyamətin qonduğu yerdə camaat arasında bir fitnə-fəsad törədəcəyinə işarədir.


Tarix: 12.04.2014 / 13:41 Müəllif: Ebulfez Baxılıb: 98 Bölmə: Q hərfi