Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarğa görmək

Yuxuda qarğa – adətən, qəmli hadisələrə işarədir. Onların qarıldamasını eşitmək sizə xoşagəlməz təsirlər və nəticədə səhv hərəkətlər vəd edir. Gənc kişilərə bu yuxu onlara qarşı hiylə və münaqişəyə işarədir.

Qarğa öz çığırtısı və hətta özünün peyda olması ilə bədbəxtlik və fəlakət haqda pis xəbərçidir. Qarğa sürüsü görmək, trezliklə hərbi münaqişənin baş verəcəyi, çoxlu adamların bundan əziyyət çəkəcəyi, toprağın üzərini meyitlərlə örtüləcəyi və hətta onları dəfn etməyi çatdırmamaq deməkdir. Beləliklə, bu, qarğalar üçün ziyafət, adamlar üçün isə matəm olacağı anlamına gəlir. Çığıran qarğa görmək ölümün evinizin astanasında durması, dua etməyin və xilasın gələcəyi anlamındadır. Qarğaların ağaclarda yuva düzəltdiklərini görmək insanları və mal-qaranın xəstəliyə yoluxacağı, odur ki, heyvan ətinin yeyilməyəcəyi mənasını daşıyır. Xilas, suda, otda, dua və mərhəmətdə olacaq. Əgər qarğa sürüsü bütünlüklə torpağı örtübsə, bu yuxu ilin məhsulsuz, çörəyin baha olacağından,əgər xilas olaraq cənub-şərqə doğru uçmasalar quşların yem tapmayaraq kütləvi qırılacağından xəbər verir. Yuxuda qarğa öldürmək yaxınlarından birinin ölümcül xəstəlik qarşısında aciz qalacağını, nə qədər dərmana və həkimlərə ümid etməyinizə baxmayaraq bunun kömək etməyəcəyini göstərir. Yuxuda onun əzablarının başlanğıcı hesab edərək qara quşu (ölümcül xəstəlik) öldürmək, əslində ölüm xəstə üçün yüngüllükdür, o bunu bilir və Siz bununla barışmalısınız.


Tarix: 04.04.2014 / 22:13 Müəllif: Ebulfez Baxılıb: 117 Bölmə: Q hərfi
loading...