Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQƏDƏH

-Daha çox evin xanımına və qulluqçuya yozulur. Qızıl və gümüş qədəhlər-sağlamlığı, gizli işlərin açığa çıxmasını ifadə edir.
Röyada görülən dolu qədəh-hamilə qadındır. Əgər qədəhin içindəki su tökülürsə, hamilə qadın uşaq salacaq; qədəh qırılarsa-qadın öləcək.
Yuxuda əlində qədəh olduğunu, qədəhin əlindən düşüb qırıldığını, lakin suyun əlində qaldığını görmək-röya sahibinin arvadı oğlan doğacaq, özü isə öləcək, uşaq sağ qalacaqdır. Əgər qədəh qırılmazsa, lakin içindəki su tökülərsə-uşaq öləcək, qadın sağ qalacaq.
Başqa bir yozuma görə isə, büllur qədəh qırılarsa, sıxıntı, kədər üz verər. Ardı »

Q hərfiQUŞ DİMDİYİ

Çox keçmədən dəniz səyahətinə çıxacaq və ya mənfəətli bir işə başlayacaqsınız. Ardı »

Q hərfiQOTUR

Röyada qotur-vəba xəstəliyidir. Qotur olduğunu görmək və ya qaşınmaq-yaxın adamlarınızdan sizə yetişəcək üzüntüyə, kədərə, çətinliklərə işarədir.
Yuxuda qoturluq, keçəllik-kasıblığa və çoxlu uşaq istəməyə də yozulur. Qoturla bərabər, qan və irin də görmək-məqsədinizə çatacaqsınız deməkdir.
Yuxuda bədənini qaşıyan adam yaxın adamlarının zəhmətinə, əzab-əziyyətinə qatlaşacaq.
Röyada qotur bir adam görmək-üzüntü və kədər anlamındadır. Ardı »

Q hərfiQAZ

Röyada qaz görmək-arvada və qulluqçuya işarədir.
Yuxuda qaz əti yemək-röya sahibi qonşularından varlı və nəşəli bir qadınla evlənəcək.
Röyasında qazla danışan adam arvadı tərəfindən şərəf və şöhrətə yetişər. Ardı »

Q hərfiQARABATDAQ

Dərin bir eşq və məhəbbətlə birisinə bağlanacağınıza yozulur. Ardı »

Q hərfiQAŞINMAQ-

-Röyada qaşındığını görmək-sıxıntılı günlərin başlayacağına, lakin bu sıxıntının çox sürməyəcəyinə yozulur. Ardı »

Q hərfiQayçı görmək

Yuxuda qayçı görmək yaxşı əlamət sayılmır; qadınlar ərlərinə qarşı qısqanc və bəhanəçi olacaqlar, sevgililər mübahisə edəcək və bir-birlərini çox şeylərdə günahlandıracaqlar. Qeyri-müəyyən, dolaşıq iş perspektivləri gözlənilir. Yuxuda itilənmiş qayçı görmək o deməkdir ki, xoşunuza gəlməyən işlə məşğul olacaqsınız. Yuxuda qayçını sındırmaq xoşagəlməz tapşırıqlardan yaxa qurtarmağa can atacağınıza işarədir. Yuxuda qayçı görmək sizi xəsis və qarabaq, soyuq edə bilər. Yuxuda sınıq qayçı görmək o deməkdir ki, dostlarınızı itirmək təhlükəniz var. Ardı »

Q hərfiQIÇLARIN ARASI (qadında)

-Bir qadının qıçlarının arasına şəhvətlə baxmaq və toxunmaq-ikrah doğuran, xoşagəlməz işlə, yəni qeyri-qanuni alış-verişlə məşğul olmağa işarədir. Bilmədən çılpaq qadının ən məhrəm yerinə baxmaq-çətin narahat bir işə yozulur. Ardı »