beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QAN

Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.
Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.
Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.
Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur. Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.
Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.
damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.
Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.
Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.
Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.
Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.
Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.


Tarix: 10.04.2014 / 01:26 Müəllif: Ebulfez Baxılıb: 144 Bölmə: Q hərfi