Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏDƏH

-Daha çox evin xanımına və qulluqçuya yozulur. Qızıl və gümüş qədəhlər-sağlamlığı, gizli işlərin açığa çıxmasını ifadə edir.
Röyada görülən dolu qədəh-hamilə qadındır. Əgər qədəhin içindəki su tökülürsə, hamilə qadın uşaq salacaq; qədəh qırılarsa-qadın öləcək.
Yuxuda əlində qədəh olduğunu, qədəhin əlindən düşüb qırıldığını, lakin suyun əlində qaldığını görmək-röya sahibinin arvadı oğlan doğacaq, özü isə öləcək, uşaq sağ qalacaqdır. Əgər qədəh qırılmazsa, lakin içindəki su tökülərsə-uşaq öləcək, qadın sağ qalacaq.
Başqa bir yozuma görə isə, büllur qədəh qırılarsa, sıxıntı, kədər üz verər.


Tarix: 12.04.2014 / 14:13 Müəllif: Ebulfez Baxılıb: 77 Bölmə: Q hərfi
loading...