beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yarmalı quzu ətli plov
Yarmalı quzu ətli plov

MATERİAL SİYAHISI:

500 q quzu əti
2 soğan
1,5 su stəkanı pörtmüş noxud
3 su stəkanı iri bolqar
2 xörək qaşığı kərə yağı
Zeytun yağı
Duz
Su

İÇİ:

Quzu ətini quşbaşı doğrayırıq və qaynadırıq. Plov qazanına zeytun yağı tökürük. Bolqarı əlavə edib qovururuq. Pörtmüş noxudu əlavə edirik və qovurmaya davam edirik. Duzunu atırıq və isti suyunu veririk. Qapağını bağlayaraq zəif odda bişiririk.

Ayrı bir qazana doğranmiş soğanları qoyuruq. Kərə yağını da qoyub xırdalırıyıq. Pörtmüş quzu ətini əlavə edib qarışdırırıq. Duzunu və qara bibəri qoyuruq. Plov bişəndə boşqaba tökürük. Üzərinə xırdalanmiş soğanlı əti qoyaraq xidmət edirik.


Tarix: 24.03.2015 / 19:28 Müəllif: Nurana Baxılıb: 78 Bölmə: Plovlar