Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbzi qovurma resepti

Göyərti (çox olmalıdır) təxminən 1-2 kg: keşniş, şuyud, kəvər, ispanaq, turşəng, tarxun, varsa goy sarımsaq

Baş soğan 6 d.

Qoyun əti – 1 kg

Yağ


Qoyun əti 4×4 sm həcmində tikələrə doğranılır, qazana qoyulur. Qazana biraz su və bir baş soğan atılır. Güclü odun üstünə qoyulur, qaynayan kimi odu azaldın, kəfi yığın. Soğan qoyun ətinin qohusunu aparır. Ət bişəndən sonra soğanı tullayın. Əti başqa bir qaba qoyub, bulyonu süzün.

Qalan baş soğan xırda-xırda doğranılır. Tavaya 2-3 x.q. yağ əlavə edib, soğanı qovurun. Əvvəlcə güclü odun üstündə, sonra “səs” salan kimi odu azaldın. Soğan şəffaf olan kimi ətlə qarışdırıb qovurun. Qovurulandan sonra bunları hündür qazanın içinə tökün.

Göyərtini doğrayın.

Kəvər, sarımsaq və qalan göyərtinin saplaqlarını başqa bir qaba yığın, qalan göyərtini isə – ayrı qaba. Ət olan qazanı güclü odun üstünə qoyub, yağ əlavə edin. Sonra odu azaldın və ətin üstünə qabda olan kəvər və başqa göyü tökün. 4-5 x.q. ətin bulyonunu əlavə edin, qarışdırın. Əvvəlcə göyərtinin həcmi çox böyük olacaq, amma bişdikcə “azalacaq”. Bundan sonra qalan göyərtini tökün

Yenə 4-5 x.q. ət bulyonundan əlavə edin. Qarışdırın. Bişdikcə göyərtinin həcmi bir neçə dəfə azalacaq. Göyərtiyə ət bulyonu, ətə isə vitaminlər hopacaq.


Tarix: 13.12.2012 / 11:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1988 Bölmə: Plovlar
loading...