Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yollarımı geyib getdin
Yollarımı geyib getdin

Getmişdin yaş gətirməyə?
Yenə hönkürməyə döndün?
Məni tabutda görməyə,
yerdən götürməyə döndün?

Yarı yerdim,
yarı göydüm,
yarı şəhər, yarı köydüm,
mən min ilin ölüsüydüm,
ölü öldürməyə döndün?

İçimi uralamışdın,
yandırıb yaralamışdın,
əkinə qaralamışdın;
ürək bitirməyə döndün?

Yollarımı geyib getdin,
sağa-sola əyib getdin.
Bunca yolsuz qoyub getdin;
evə ötürməyə döndün?


Tarix: 25.05.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Pərviz
loading...