beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quşlar döyməyin aynamı
Quşlar döyməyin aynamı

Qəlbimi az döyündürün,
Yalan yerə sevindirin,
Bircə gün dayanın-durun,
Quşlar, döyməyin aynamı...

Aynada nə görmüsüz, dən?
Özünü aldatmaq nədən...
Bəxtimi oyadarsız birdən,
Quşlar, döyməyin aynamı...

Aynam mənim eynimdi, eyy,
Cəftəsizdi, neynim, de, eyy?
Oturun lap çiynimdə, eyy,
Quşlar, döyməyin aynamı...

Saçımın dənin dənləyin,
Başımdan çəni dənləyin.
Nə olar, məni dinləyin,
Quşlar, döyməyin aynamı...

Gözlərimi oyun, durun,
Əynini lüt soyundurun.
Haçansa bir doyun, durun,
Quşlar, döyməyin aynamı..


Tarix: 25.05.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Pərviz