Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşamaq boynuma düşdü
Yaşamaq boynuma düşdü

Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...

O,
göy kartof yeməkdən öldü,
mən -
yaşamaqdan...

Yaşamaq boynuma düşdü -
zalımların,
başkəsənlərin,

bircə sevgiyə görə
ömürlük işkəsənlərin
acığına.
Yaşamaq boynuma düşdü -
yaşamaqdan bıqdıran
acılara inad.
Cavanların
başını yeyə-yeyə
dünyanı tutub gedən
qocalara inad.

Sırf boynuma düşdü,
yoxsa,
nə vardı,
yaşanacaq?
sən də
yanımda yoxkən…


Tarix: 25.05.2015 / 13:56 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Pərviz
loading...