Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Ağacların ayaqları
Ağacların ayaqları

Sahil parklarında
ağacların üzü
dənizə baxar.

Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.

Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında

boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?

Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!

Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.


Tarix: 25.05.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Pərviz
loading...