beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aparır
Aparır

Ruhumu göylər tovlayıb,
cəsədimi yer aparır.
Alnımdakı yazıları
yuyub-yuyub
tər aparır.

Aydan arı, sudan duru,
Ay Günəş,
səni qız qarı.
Çırağım ol səni tarı,
getdim, məni gor aparır.

Bu mənin adı mənimdi,
taleyi-baxtı mənimdi.
Mən ölüm, bu Tanrı dəmdi-
Cənnətə də dərd aparır.

Say, göyün yox ulduzların,
saya alma sansızların.
Bax belə...
yüz yerə sarı
səni bir fikir aparır?..


Tarix: 25.05.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Pərviz