beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstərəm
İstərəm

Çağırram pirim Əlini,
Ağamdan imdad istərəm.
Cəbrayılın şapərini,
Atandan imdad istərəm.

Sığındım Əli tək mərdə,
Eləsin dəvayi-dərdə.
Qul edib özünü Bərbərdə,
Satandan imdad istərəm.

Əlinin Abbas balası,
Darda qalanın çarası.
Min batman Xeybər qapısı,
Açandan imdad istərəm.

Məmmədhüseynin bu çağını,
Fələk qırma budağını,
O ağ divin barmağını,
Çatandan imdad istərəm.


Tarix: 25.05.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Novruzov Məmmədhüseyn