Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görünür
Görünür

Qara qaşlım sağın dolan,
Qoynunda narın görünür.
Tökülübdü dal gərdənə,
Zülfü şahmarın görünür.

Qönçə tək açmış yanağın,
Baldan şirin dil-dodağın.
Ay bənövşə, yetkin çağın,
Bağçada barın görünür.

Məmmədhüseyn üz aşiqi,
Şirin-şirin söz aşiqi.
Sən tək növrəs qız aşiqi,
Qarşıda yarın görünür.


Tarix: 25.05.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Novruzov Məmmədhüseyn
loading...