beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyanmaz
Oyanmaz

Yönü bəri duran dağlar,
Yatıb oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.

Gəldim yarın xanasına,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb oyanmaz, oyanmaz.

Qurbanam qələm-qaşına,
Gör nələr gəldi başıma.
Səs verrəm dostum guşuna,
Yatıb oyanmaz, oyanmaz.

Yarım yaman yatmış idi,
Müşk-ənbərə batmış idi.
Ürbəndini atmış idi,
Yatıb oyanmaz, oyanmaz.

İgidin dönməsin əhdi,
Yana çevirməsin təxti.
Məmmədhüseynin qara bəxti,
Yatıb oyanmaz, oyanmaz.


Tarix: 25.05.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Novruzov Məmmədhüseyn