beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim
Mənim

Ay ağalar, nə bəlalı qul oldum,
Tapılmır dərdimə dəvalar mənim.
Fitnəkar kəslərin hökmü ucundan,
Yığışır sinəmə yaralar mənim.

Baş götürüb çıxdım Göyçə elindən,
Yağı düşmən oynamasın yerindən.
Ay ellər, düşmüşəm haqq nəzərindən,
Gəlibdir başıma bəlalar mənim.

Şikəstə könlümün gözləri nəmli,
Sinəm dərdli, həm qəmli, həm vərəmli.
Bir mirzə istər ki, əli qələmli,
Mən deyəm dərdimi yazalar mənim.

Məmmədhüseyn, dünya fanıdır fanı,
Taxtından endirdi çox Süleymanı.
Haraya çağırdım Şahi-Mərdanı,
Yetişsin dadıma ağalar mənim.


Tarix: 25.05.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Novruzov Məmmədhüseyn