Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pornoçular bir araya gəldilər

Həvəskarlar artıq ehtiyatlı olmalıdırlar...

ABŞ-da pornoqrafik film və foto istehsalı ilə məşğul olan ən məşhur şirkətlər internetdə oğurluğa qarşı birləşiblər.

Halay.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, irili-xırdalı yüzlərlə firma pornofilm və fotoların oğurluqla internet saytlarında paylaşılmasını əngəlləmək üçün əməkdaşlıq etməyə qərar veriblər.

“Pink Visual”, “Larry Flynt Publications”, “Vivid Entertainment”, “Lightspeed” kimi nəhəng firmaların təmsilçilərinin də qatıldığı toplantıda bununla bağlı əməkdaşlıq sazişi imzalanıb. Sazişə görə, firmalar istehsal etdikləri film və fotolara qanunsuz şəkildə baxan, izləyən və paylaşan şəxslərin müəyyənləşdirilməsi üçün ortaq qruplar yaradacaq. Hüquqşünaslar və kiber-dedektivlərdən formalaşdırılacaq ortaq qruplar indi “YouTube” və “Facebook” daxil, bütün video, foto və mesaj paylaşımı saytlarını izləyəcək, qanunsuz əməlləri aşkarlayacaqlar. Firmalar məhkəmə proseslərində bir-birlərini dəstəkləyəcəklər.

“Vivas” firmasının yaydığı açıqlamada bildirilir ki, əvvəllər seks videosu və şəkli üçün insanlar pul ödəməyə alışsalar da, son 10 ildə durum dəyişib. Açıqlamada qeyd olunur ki, internetdə qanunsuz, ancaq sərbəst şəkildə pornofilm və fotoların yayılması insanlarda bu məhsulların pulsuz olması fikrini yaradıb.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Maraqli Melumatlar
loading...