Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pivə Sonsuzluq yaradır

Bu günə qədər yalnız kökəlməkdə gündəmə gələn pivənin kişi sonsuzluğunda da əhəmiyyətli rol oynadığı ortaya çıxdı. İngilis elm adamları pivənin kişilərin dölləmə qabiliyyətini azaltdığını təyin etdi.

Londondakı King’s College elm adamlarından Professor Lynn Fraserin reallaşdırdığı araşdırmaya görə, pivə, böcək dərmanı və boya kimi maddələrdə olan östrgen, spermanın qadın bədəni içindəki davranışlarını dəyişdirir. Buna görə, ostrogendən təsirlənən spermalar, zamanından əvvəl “yetkinləşərək” təsirini itirir.

Spermalar yumurtaya çatıb təmasa keçdikləri an, yumurta divarını deşə bilmək üçün bəzi “dəlici” fermentlər ifraz edir. Pivədəki ostrogen, spermaların daha yumurtaya çata bilmədən söz mövzusu fermentləri ifraz etməsinə səbəb olur. Bu da dəlici fermentdən məhrum qalan spermanın yumurta divarını deşməsini çətinləşdirir və nəticədə sonsuzluq ortaya çıxır.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqli Melumatlar
loading...