beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evinizdə təmizlik edərkən bunlara diqqət edin.

Evinizdə təmizlik edərkən bu nüanslara diqqət edin...

*Çaydanınızın içində yığılan ərpi təmizləmək üçün, həmən çaydanda 15 dəqiqə sirkəli su qaynadın.

*Su qrafinizin dibi çirk tutmuşsa, içinə bir ovuc duz və sirkə qoyub çalxalayın, tərtəmiz olacaq.

*Mis qablarınızı parıldatmaq tmaq üçün dəsmalı sirkə ilə yüngülcə isladıb, mis qabı onunla sürtün.

*Evdə ortaya çıxan qarışqaları yox etmək üçün qəhvə çöküntüsündən (çəkilmış türk qəhvəsi nəzərdə tutulur) istifadə etməniz yaxşı nəticə verəcək.

*Qab-qacağı bir az sirkəli suda saxlasaşız ,qab-qacaqlarınızın daha asan və gözəl yuyulduğunu görəcəksiniz.

*Paslanmayan poladdan qazanlar zamanla parlağliğini itirə bilər. Sirkəni bir az istilədin. Sonra yumşaq bir dəsmalı bu iliq sirkəyə batıraraq,qazanınızı yaxşıca sürtün. Amma sonra da yaxşıca durulayın.

*Kristal qablarınızın par-par parlaması üçün, yuduqdan sonra, durulama vaxtı sirkəli suya batırın.
*Tərəvəzlərinizi duzlu suda yumağı vərdiş halına gətirin. Duzlu su, tərəvəzləri daha təsirli və tez təmizləyər.

*Parlaqlığını itirmiş qrafinə əvvəlki halını qazandırmaq üçün yarısına qədər qəzet vəya kağız doldurun, sonra isti su doldurub möhkəm-möhkəm çalxalayın.


*Teflon tavalar, qazanlar zaman keçdikcə saralar. Bunun qarşısını almaq üçün içinə, su və bir az da xlor tökdükdən sonra qazın üstündə qaynadın.Qazın üstündən götürdükdə əvvəl isti, sonra da soyuq su ilə yaxşıca durulayın. Teflonunuzun sari rəngi itəcəkdir.

*Teflon tavanızda olan ləkələri təmizləmək üçün bir stəkan suya, iki şorba qaşığı karbonat (soda)və yarım su stəkanı sirkə qarışdırın. Bunu tavanığın içinə tökün, 10 dəqiqə qaynadın.

*Qazanın dibinə yemək yapışıbsa,içinə duzlu su töküb, bir gecə gözləyin, qazan daha asan təmizlənəcək.

Bnlarla ləkələr asanca çıxacaq...

*Təzə qoz ləkəsini əlinizdən təmizləmək üçün, əllər əvvəl bir-iki dəqiqə qədər sirkəyə batırılmış bir pambıqla ovulur. Sonra da soyuq su ilə yuyulur.

*Çay və qəhvə ləkələrini karbonadla (soda)silərək təmisləyə bilərsiniz.

*Pivə ləkəsini təmizləmək üçün sabunlu suya bir az amonyak qarışdırın və ləkələrin üzərinə sürtün.

*Zeytunyağı ləkəsini təmizləmək üçün bir parça çörək içi yumrulayib ləkənin üzərində gəzdirə bilərsiniz.

*Əgər örtünüzə meyvə suyu döküldübsə dərhal duz səpin, ilk yuyulmada çıxacaq.

*Yumurta ləkəsini təmizləmək üçün əvvəl soyuq suda gözlətməli,sonra ilıq sabunlu suda yumalısınız.

*Çuğundur ləkəsini təmizləmək üçün bir çörək parçasını suyla isladın, düz bir səthə yerləşdirin və ləkəli qisimi çörək parçasının üzərinə qoyun və yenə isladılmış bir çörək parçasını üzərinə yerləşdirin. Çörəklər ləkəni əməcək.

*Şərab ləkəsini təmizləmək üçün, oksigenli su ilə tampon edin ya da ləkənin üzərini örtəcək şəkildə duz səpin və bir müddət gözləyin, daha sonra yuyun.

*Mətbəx əşyalarının üzərindəki etiket izlərini yox etmək üçün, üzərlərinə mebel təmizləyən maddə, yumşaq bir dəsmalla silin.


Tarix: 01.12.2012 / 18:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 747 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri