beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cindy Crafvordun gözəllik sirri

43 yaşındakı Cindy Crafvord gənc və gözəl görünmə sirrini belə izah etdi:
Süd ilə suyu qarışdırıb üzümü bununla yuyuram.
Sadə bir sirr: Süd və su!
Cindynin gənc qalmaq üçün estetik əməliyyata ehtiyacı yoxmuş,nə də bahalı kosmetikadan da istifadə etmir.
Gözəlliyini qorumaq üçün aşağıdakı proqrama əməl edir.
Yuxunuza diqqət edin:
"Üzümü bir qayda olaraq süd və su qarışığı ilə yuyuram.Bunu həftədə 2 dəfə etsəniz belə fərqi görünür.Bundan başqa idmanla məşğul olur və pəhriz də saxlayıram.
Bol su içirəm və ən başlıcası yuxuma diqqət edirəm.Yuxusuzluq cilddə olan qırışların ən böyük səbəbidir."
Cindynin saxladığı protein pəhrizi
Səhər: 1 kibrit qutusu boyda pendir,pomidor,xiyar
Ara: Meyvə
Günorta: 2 kibrit qutusu boyda pendir,salat
Ara: Meyvə
Axşam: 150 qr toyuq,bol salat
Yağlı cildlərə xüsusi "pomidor maskası"

Cindy pomidoru çox tükətməyi sevir.Həm yeməkdə, həm də maskalarda istifadə edir.
1 xörək qaşığı təzə pomidor suyu ilə 1 x.q. gili qarışdırıb üzə şəkin,quruduqdan sonra ilıq su ilə yuyun.
Su içərkən markasına xüsusi diqqət yetirir Cindy.Təbii bulaq sularını içir.
Gözaltı kölgələri kartofla yox edir.
Gözaltına çiy kartof dilimləri qoyub yarım saat belə gözləyir.
Gündə 5 dəfə qidalanan Cindy yeməklərdən əvvəl 1 x.q sirkə içir.


Tarix: 25.11.2014 / 16:52 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri