beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün dəri baxım

Üzünüzü təmizləyərkən alın xətti və qaşlar daxil bütün üzünüzə təmizləmə vasitəsini sürtün. Yoxsa bu bölgələrdə yağlanma və ya kəpəklənmə ola bilər. Təmizlik anında sürtünmə qat sayını azaltmaq üçün üzünüzü bir bez və ya süngərdən çox əllərinizlə yumağa üstünlük verin. Üzünüzü yuduğunuz suyun ilıq olmasına diqqət yetirin:İlıq su sabunun yağ və çirkləri daha yaxşı əritməsinə köməkçi olar. Dərinizi təmizlədikdən sonra mütləq tonik tətbiq edin. Tonikinizi tətbiq etmək üçün sintetik deyil ,təbii pambıq istifadə edin. Təbii pambıq dərini daha homogen şəkildə silərək çirki daha yaxşı təmizləyər.

İsti duş qəbul edərkən üzünüzün götürdüyü buxar dəriniz üçün bir dərininə təmizlik mərasimidir. Buxar sayəsində məsamələriniz açılar və üzünüz maska etməniz üçün ən əlverişli vəziyyətə gəlir.
Üzünüzü ölü hüceyrələrdən təmizləyərkən sərt hərəkətlərdən və məcbur etmələrdən qaçın. Ölü hüceyrələr dəri səthindədir və yüngül bir sürtmə hərəkətiylə asanca tökülər. Əks təqdirdə hələ tökülməyə hazır olmayan hüceyrələri də məcbur etmənizə və nəticə olaraq qırmızı damarların səthə çıxmasına, qoruyucu yağlayarın yox edilməsinə və dərinizin tahriş olmasına səbəb ola bilərsiniz.
Bütün sabunlar müəyyən dərəcədə üzün üst təbəqəsinə zərər verər. Normal dəri bu zərəri yeniləyərək yox edər ,ancaq çox sabun istifadəsi bu zərərin nisbətini artıra bilər. Bu da dərinin quruyub hissə-hissə tökülməsinə səbəb ola bilər. O halda hansı sabunu istifadə etməliyik? Ən etibarlı sabun ən sadə olandır. Ətirsiz, qatqısız və sadə sabunlar seçin, durulaşdırma mövzusuna əhəmiyyət verin.
Üzünüzdə yaranan incə xəttlərlə başa çıxmaq üçün bir kobud xiyarın suyu sıxaraq bunu incə bir bez köməyiylə üzünüzə tətbiq edin. Xiyar təbii bir möhkəmləşdirici olmanın yanında, üzünüz üçün bir tonik vəzifəsinidə də görəcək.
Dərini susuz buraxmaq qırışıqlıqlara dəvətnamə qazandırmaqdır. Nəmləndirici kremlərlə yanaşı bol bol su içməlisiniz. Xüsusilə gecələr yatmadan əvvəl bir stəkan su içməyi vərdiş halına gətirin.
Dərinizin elastikliyi üçün sabit bir kiloda qalmağa diqqət yetirin. Böyük kilo fərqlilikləri dərinin elastikliyini itirməsinə səbəb olar.
Gülümsəməkdən heç imtina etməyin:
Həm özünüzü yaxşı hiss edərsiniz, həm də ağızınızın ətrafındakı bağlayıcı toxumaların möhkəmləşərək üz şəklinizin qorunmasına köməkçi olarsınız.
Göz ətrafına krem istifadə edərkən yüngül bir batma hiss etsəniz normaldır. Bu bölgə çox həssasdır. Pik nöqtəsi: kremi göz ətrafından içə doğru yedirərək istifadə etmək, beləcə kremin bu bölgəyə daha yaxşı nüfuz etməsini təmin etməkdir.Gecə istifadə edilən göz ətrafı kremlərində nəmləndirici aktivlərin olması əhəmiyyətlidir. Ayrıca, səhər şişliklərini önləmək üçün kreminizin uyğun olduğuna diqqət edin. Kremin tətbiq olunarkən gözə təmas etməməsinə diqqət yetirin.Gözləriniz yorğundursa, soyuq xiyar dilimlərini 3 dəqiqə göz qapaqlarınızın üzərində tutduqdan sonra soyuq suyla gözlərinizi yuyun.Nəzarət halqaları üçün bir bitki mənşəli həll: Gözünüzə 15 dəqiqə boyunca çobanyastığı paket çay və ya xiyar dilimləri tətbiq edin, sonra soyuq suyla yaxşıca yaxalayın.Gözləriniz şişsə, bunun səbəbi o bölgədə toxuman və mayelərin yığılmasıdır. Şişlikdən xilas olmaq üçün göz qapağının ətrafına yüngül basmaqla tətbiq edə bilər və ya soyuq südə batırılmış pambıqla 10 dəqiqə kompres edə bilərsiniz.
Nəmləndirici tətbiq edərkən boyun qisimini əsla unutmayın. Bu bölgədə mane ola biləcəyiniz hər qırışıq gənc görünməniz üçün bir müsbət olacaq.

Günəş dərinizin nəm tarazlığını pozar. Bu vəziyyətdə həftədə 1 və ya 2 dəfə nəmləndirici bir maska tətbiq edin. Maska dərinizin su içməsini təmin edəcək, təbii ehtiyatlarının yenilənməsinə köməkçi olacaq.
Səhərlər gündüz kreminizi sürtdükdən sonra 15 dəqiqə gözləyib ,makiyajınızı edin. Beləcə həm kreminiz dərinizə daha yaxşı nüfuz edəcək, həm də makiyajınız daha sabit olacaq.Bitən kremlərinizi son damlasına qədər istifadə etmə səyləri sırasındakı çətinliklərinizi xatırlayın.
Gözəllik salonlarına getməyə vaxt yoxdur?Həftədə bir dəfə, 1 qaşıq süd tozu, ½ qaşıq süd, 1 damla balı pasta halına gələnə qədər qarışdırın. Bu pastanı üzünüzə və boyunuza tətbiq edin. 10 dəqiqə qədər qurumasını gözləyin. Soyuq suyla yaxalayın. Nəticə: Yumşaq, hamar və canlı bir dəriyə sahib olacaqsınız!


Tarix: 05.07.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri