beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Validə Abbasovanın cavan qalmağının sirri bilindi

Model Validə Abbasova hər zaman gənc qalmağının sirrini açıb.

"Miss Millenium” gözəli axşam.az saytına açıqlamasında sağlam qidalardan istifadə etdiyini deyib:

"Heç vaxt pəhriz saxlamıram. Dadlı yeməklərdən, sağlam qidalardan, müxtəlif ölkələrin mətbəxindən zövq almağı sevirəm. Yemək mədəniyyətində hər zaman bu ifadəni yadımda saxlayıram: görünüş və miqdar. Yeməyin qədərinə fikir verərək xeyirli qidanın ziyanlı olmamasını balanslaşdırıram. Dərimə hər zaman qulluq edirəm. İstifadə etdiyim kremin bahalı yaxud ucuz olmasının fərqi yoxdur. Əsas odur ki, təravətləndirsin, yumşaltsın və təzə olsun. Amma bədənim üçün yalnız bahalı brendlərin losyonlarından istifadə edirəm. Mənim üçün gözəlliyin sirri – gözəl olmağı arzulamaq, sevgi, zövq və xasiyyətindəki romantiklikdir. Bu, insanın qəlbinin gözəl olması, ətrafındakılara mülayim davranmasından irəli gəlir”.

Validə Abbasova deyib ki, heç vaxt idmanla məşğul olmur:

"Amma təbiət qoynunda gəzməyi xoşlayıram. Rəqs etməyi sevirəm. Saatlarla dayanmadan rəqs edirəm. Musiqi və xoş insanlar mənə enerji verir. Gözəl şəhərlərdə, dənizdə və kəndlərdə gəzməyə üstünlük verirəm”.


Tarix: 23.11.2014 / 18:11 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri