beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kalori yandıran qidalar

Bibər:
İçindəki kapsaisin maddəsi bədənin müdafiə etmə mexanizmini işə salır. Endorfin hormonu ifraz edir, bu da sevinc hissi oyandırır.

Kəpəkli taxıllar:
Müdhiş bir lif qaynağı olduğu üçün; orta səviyyədə insulin tutaraq iştahı azladar, bədənin yağ toplamasına mane olar.

Yaşıl çay:
Ehtiva etdiyi epigallocatechin (KMPS), beyin və sinir sistemi üçün güclü bir xəbərçidir və daha çox kalori yandırmağa köməkçi olar. Qara çaydan 10 qat daha çox KMPS ehtiva edir.

Qırmızı çay:
Arıqlamaq istəyənlər üçün yaşıl çaydan sonra ikinci sırada.

Ananas:
Həzmi asanlaşdırar. Təzə və incə doğranmış olaraq yeyin.

Paxlalılar:
Yorğunluğa qarşı mübarizə edənlər üçün mükəmməl yeməklərdir. Bitki mənşəli zülal baxımından zəngindir. Bişirmədən bir gecə əvvəl isladın.

Ton balığı:
Ehtiva etdiyi Omeqa-3, «aclıq hormonu» və ya leptin səviyyəsinin azaldılmasına kömək edir.

Toyuq:
Həzm olunduqdan sonra bütün digər yağsız ətlərdən çox daha çox kalori yandırar.

Darçın:
Ehtiva etdiyi şəkər şirinlərə istəyi azaldar. Həzmə kömək edir.

Qəhvə:
Kafein ürək döyüntülərinizi sürətləndirər və daha çox kalori yandırmanıza köməkçi olar.


Tarix: 25.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri