beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq üçün 25 məsləhət

1. Qarışdırın
Sevdiyiniz meyvə şirəsini mineral suyla qarışdırın. Bunu edərkən, normalda içdiyiniz meyvə şirəsinin yarısını istifadə edəcəyiniz üçün, aldığınız kalorini əhəmiyyətli miqdarda azaltmış olarsınız. Xüsusən meyvə sularının bolca istehlak edildiyi isti yay günlərində.

2. Telsiz telefon istifadə edin
Ən yaxın yoldaşınıza günün isti dedi-qodularını verərkən, eyni zamanda da kalori əritməyə nə deyərsiniz? Paltarları yuyun (68 kalori), masanı hazırlayın (85 kalori), ya da çiçəkləri sulayın (102 kalori). (Bunlar 68 kiloluq bir adam və yarım saat içində qüvvədədir.)

3. Saqqız çeynəyin
Yaxın zamanda edilən bəzi araşdırmalara görə bütün gün şəkərsiz saqqız çeynəmək maddələr mübadiləsi sürətinizi yüzdə 20 nisbətində artırırmış.

4. Tez-bazar yeyəcəklərin qarşılığını nağd ödəyin
Nə vaxt biri sizə tez bazar ya da yeməməniz lazım olan bir şey təklif etdiyində qəbul etsəniz, kənara müəyyən miqdarda pul qoyub, bunu uşağınıza, qardaşınıza, ya da dilənçilərə verin. Pullar cibinizdən azalmağa başladığında, xeyr deməyi də öyrənəcəksiniz.

5. Tərkibə diqqət yetirin
Qidanın tərkibini yaxşıca oxuyun. Çünki, kalori dəyərləri ümumiyyətlə 100 qram esasında bildirilər. Halbuki yediyiniz şey 100 qramdan çoxdursa daha çox kalori alırsınız deməkdir.

6. Gəzməyə çıxmadan əvvəl yaşıl çay için
Kafein yağ turşularının ortaya çıxmasını təmin edər. Beləcə daha asan yağ əridərsiniz. Bundan əlavə yaşıl çayda olan polifenollər (antioksidan mürəkkəblər), kafeinlə birləşərək əridilən kalori miqdarını artırarlar. Ancaq əgər yüksək təzyiqiniz varsa, bu təklifi diqqətə almayın.

7. Yeməyinizi evdən gətirin
Çöldə yemək ümumiyyətlə daha çox kalori almağınıza səbəb olar. Çöldə tapmanın çətin olduğu şeyləri evdə hazırlayıb yanınızda gətirə bilərsiniz.

8. Əgər mütləq salat sousu istəyirsinizsə…
O zaman bu tərifə görə öz salat sousunuzu edin. Çünki bu sousda olan yağ miqdarı 1.5 qr və ehtiva etdiyi kalori də yalnız 20-dir:
• 1 çay qaşığı balsamiq sirkə
• Dörddəbir çay qaşığı zeytunyağı
• 3/4 çay qaşığı dijon xardalı
• Dörddəbir çay qaşığı çöl turbu

9. Qan testi etdirin
Təxminən 12 qadından birinin tiroidi kifayət qədər yaxşı işləməyir və bu da maddələr mübadiləsini yavaşladan faktorlardandır.

10. Suyu seçin
İçki seçiminizi sudan yana istifadə edin. Yanınızda şüşə su saxlamaq faydalı ola bilər.

11. Dad alma duyğunuzu yanıldın
Öskürək üçün olan mentollu drajelərdən bir dənəsini ağızınızda əritmək, canınızın bir şey çəkdiyində, bu duyğunu korlaşdıra bilər.

12. Ədviyyatları istifadə edin
Məsələn: yediklərinizə acı əlavə etmək, daha uzun bir zamanda acmanıza köməkçi ola bilər.

13. İçdikdə ağ için
Su kimi, az yağlı südün də doyurucu təsiri vardır. Üstəlik kalsium baxımından da zəngindir və tox tutar.

14. Salat vəsaitlərini doğramayın, dilimləyin
Salatınız yalnız yaşıllıqlardan meydana gəlmək məcburiyyətində deyil. Kök, kərəviz, balqabaq və digər tərəvəzlər də istifadə edilə bilərsiniz. Amma bunları incə incə doğramaq yerinə, böyük parçalar halında edin. Həm yeməsi daha uzun sürər, həm də daha çox çeynəmiş olarsınız. Bu da daha tez doymanızı və ana yeməkdən daha az yeməyinizi təmin edər.

15. Bir dostunuzu axtarın
Özünüzü tək hiss edirsinizsə, yeməyə yönlənmək yerinə, telefonu əlinizə almağı seçin.

16. Yediklərinizi yazın
Bu, nəyi nə qədər yediyinizi bildiməyiniz üçün özünüzü nəzarət etmənizə köməkçi olar.

17. Tv pultuna istirahət verin
Pult kimi alətlər işinizi asanlaşdırmaqla birlikdə, eyni zamanda sizi hərəkətsizləşdirər.

18. Sprey yağları seçin
Beləcə normalda istifadə etdiyinizdən çox daha az yağ istifadə etdiyinizin fərqinə varacaqsınız.

19. Alarkən kiçiyini seçin
Məsələn şokolad aldınız? Bir bar yerinə, bir paket almaq demək, 44% daha çox yeməyiniz deməkdir. Riskə girməyə ehtiyac yoxdur, kiçiyini alın, kalorini azaldın.

20. Yeməyi bişirmədən əvvəl ölçün
Makaron, plov kimi qidaları yeyərkən, miqdarı qaçırıb daha çox yeyə bilərsiniz. Halbuki əvvəldən yeməyiniz lazım olan qədərini ölçüb bişirsəniz, bu problem ortadan qalxmış olar. Belə sözlə: 4 qaşıq makaron ya da plov, 1 dilim çörəyə bərabərdir.

21. Aynasız yemək olmaz
Yemək yeyərkən özünüzə aynada baxmaq, yüzdə 22-32 daha az yeməyinizi təmin edər.

22. Qutunu açmadan əvvəl gözləyin
Dondurma qutusunu açmadan əvvəl 10 məkiklə, 10 şınav çəkin. Bu həm yemək arzunuzu öldürə bilər, həm də bədəninizlə sizi təkrar ünsiyyətə salaraq, məqsədlərinizi sizə xatırlada bilər

23. Şorbanız tünd olsun
İçində böyük tərəvəz parçaları olan şorba içən kəslərə baxsaq, həm daha tez doyulur, həm də 20% daha az yeyilir.

24. Bir az da ilhama ehtiyacınız var
Bəzən ehtiyacınız olan motivasiyanıı yenə ancaq özünüz təmin edə bilərsiniz. Bu səbəblə hazırlıqlı olun və soyuducu, mətbəx qapısı, biskvitlərin dayandığı şkaf, ya da kompüter kimi yerlərə sizi motivasiya edəcək yazılar yapışdırın. Məsələn: «Bir vafliyə məğlub olmayacaqsan deyilmi? Nə də olsa uzun bir yol qət etdin və çox müvəffəqiyyətli oldun.»

25. Balıq yeməyə laqeyd yanaşmayın
Balıq son dərəcə sağlam bir yağ tipi olan omeqa-3 yağ turşularını ehtiva edər. Diyetdə olan kəslərə baxsaq, hər gün balıq istehlak edənlər, diyetlərində balıq olmayanlara nisbətdə 20% daha çox kilo itiriblər.


Tarix: 25.11.2014 / 12:07 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri