beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sızanaqlardan qurtulmanın yolları

Xanımların ən çox rast gəldiyi üz problemlərindən biri də sızanaqlardır.Sizə təqdim etdiyim bu təbii vasitələrlə onlardan yaxa qurtarmaq olar
* Bir qədər kahı yarpağını yaxşıca yuyub, mikserdə sıxıb suyu ilə birlikdə səhər və axşam sızanaqlı bölgəyə sürtün. Sızanaqlar keçənə qədər davam edin.
* Bir litr suyun içinə bir ovuc təzə qoz yarpağı əlavə edilib qaynadılır. Süzüldükdən sonra gündə iki dəfə pambıqla sızanaqlı bölgəyə sürtülür.
* Bir turp qabıqları ilə birlikdə sürtgəcdən keçirilir. Şüşə bir qab dolana qədər turp ilə doldurulur. Daha sonra içinə alma sirkəsi əlavə edilir. Bir həftə isti bir yerdə saxlanılır. Qarışıq hazır olduqdan sonra hər dəfə çalxalanaraq səhər-axşam sızanaqlı bölgəyə sürtülür. Tətbiqi dəri sızanaqlardan təmizlənənə qədər davam edilir.
* Bir qədər tibbi ayı sarımsağı yarpağı və ya soğanları yaxşıca yuyulub təmizləndikdən sonra xırda doğranıb, bir şüşə qab dolana qədər doldurulur və üzərinə ağzına qədər təmiz spirt əlavə olunaraq, ağzı möhkəm bağlanılır. Şüşə iki həftə günəş düşən və ya isti bir yerdə saxlanılır. Lazım olduğunda şüşə çalxalanaraq gündə iki dəfə səhər və axşam sızanaqlı bölgəyə sürtülür. Bu vəziyyət sızanaqlar keçənə qədər davam etdirilir.
* Bir litr suyun içinə bir ovuc çobanyastığı atılıb qaynadılır, sonra süzülərək isti cökə çiçəyi dəmləməsinin içinə batırılan kiçik bir dəsmalla sızanaqların üzərinə kompres edilir. Bunu sızanaqlar keçənə qədər davam etmək lazımdır.
* Yarım litr suyun içinə bir ovuc əzilmiş çörəkotu qatılır və qatılaşana qədər yaynadılıb,əldə edilən sıyıq sızanaqlı bölgənin üzərinə sürtülür. Bu vəziyyət sızanaqlar keçənə qədər davam etdirilir.
* Bir çay fincanı qaynar suyun içinə bir çay qaşığı xırda doğranmış təzə şabalıd çiçəyi qatılıb dəmlənməsi üçün qısa bir müddət saxlanılır. Sonra süzülərək gündə iki dəfə - səhər və axşam sızanaqlı bölgəyə sürtülür.


Tarix: 24.11.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri