Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tez -tez edilən gözəllik səhvi

Makiyaj fırçası

Çirkli makiyaj fırçası istifadə etmək həm dərinizə zərər verər, həm sağlamlığınız üçün risklidir. Ayrıca istədiyiniz tonu tutmanıza mane olar. Dərinizə təmas edən bütün makiyaj vəsaitlərinin təmiz olmasına diqqət ediin.

Atquyruğu

Saçlarınızın forması gözəl olmadığında və ya idman bir stil istədiyinizdə atquyruğu şəklində saçlarınızı yığmış ola bilərsiniz. Ancaq bu modeli vərdiş halına gətirib hər gün etməyin. Saçlarınızın qırılmasına səbəb olarsınız.

Makiyajla yatmaq

Makiyajla yatmaq qədər dərinizə zərər verən bir vərdiş yoxdur. Bütün gecə nəfəssiz qalan dəriniz sürətlə yaşlanar və çirkin görünər. Yatağa makiyajla girməyin!

Maşa

Saçınız yaşkən maşa istifadə etməyin. Saçlarınızın yanmasına səbəb olarsınız. Həll olaraq saçınız tamamilə quruykən istilik qoruması olan bir saç düzləşdiricisi istifadə etməyə diqqət ediin. Dərininin yanmaması üçün saç kökünüzlə düzləşdirici arasında kifayət qədər məsafə buraxdığınıza əmin olun.

Tuş çəkərkən

Bir çox qadın tələsiyi olduğundan tuş çəkərkən diqqət göstərmir. Tuşu yalnız kirpik uclarınıza çəksəniz daha uzun ya da xoş olmaz, tam tərsi topa bir görünüş əldə edərsiniz.

Sızanaq sıxmaq

Hər kəsdə zaman - zaman narahat edici sızanaqlar ola bilir. Əgər bunları sıxsanız içərisində olan bakteriyaların çölə çıxmasıyla qalıcı izlərə və yaralara yol aça bilərsiniz. Əgər dərinizdə olan sızanaqlar sizi narahat edəcək ölçüdə isə, o zaman professional kömək alaraq bu problemlə başa çıxa bilərsiniz.

Yaş saçı dəsmal ilə bağlamaq

Nə qədər saçlarınızı gücləndirici şampun və baxım kremi istifadə etsəniz istifadə edin, əgər yaş saçlarınızı dəsmal ilə bağlamağa vərdişiniz varsa, saçlarınız qırılacaq və ziyana gətirib çıxaracaq. Əgər saçlarınızın köhnəlməməsini və saç tellərinizin qırılmamasını istəyirsinizsə, onlara zərif davranmalı və geniş dişli daraq seçməlisiniz.


Tarix: 23.11.2014 / 18:15 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...