beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yapon pəhrizi ilə arıqla

Xanımlar artıq çəkidən xilas olmaq üçün müxtəlif pəhrizlərdən istifadə edirlər.

Arıqlamağa kömək edəcək bu cür üsullardan biri də "Yapon pəhrizi"dir. Yapon pəhrizi orqanizmdəki maddələr mübadiləsini daha fərqli ritmdə çalışdıracaq. Belə ki, itirilmiş çəki uzun müddət bədənə geri qayıtmayacaq.

Əsas qayda:
Pəhrizə başlamazdan əvvəl bir neçə gün yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftə bu ərzaqlardan uzaq durun:
Duz – bədənə su yığıb, çəkini artırır.

Şəkər – bədəndə piy qatları yaradır.

Spirtli içki – 100 qr. çaxır belə maddələr mübadiləsini pozur və toksinlərin bədəndən çıxmasına mane olur.

Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir.

Südverən analara bu pəhrizi saxlamaq qadağandır.

I gün:
Səhər: Qəhvə.
Nahar: Tərəvəz və yumurta.
Axşam: Yağsız balıq.

II gün:
Səhər: Qara qəhvə.
Nahar: 2 soyutma yumurta, kələm salatı, 1 stəkan tomat şirəsi.
Şam: Buxarda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq.

III gün:
Səhər: Qara qəhvə və bir dilim qurudulmuş qara çörək.
Nahar: Buxarda bişmiş balıq, zeytun yağlı tərəvəz salatı (xiyar, turp, pomidor, kələm və göyərti).
Şam: 100 qr. mal əti və 1 stəkan qatıq.

IV gün:
Səhər: Qara qəhvə və bir dilim qurudulmuş qara çörək.
Nahar: Bitki yağında qızardılmış 1 ədəd böyük «kabaçok».
Şam: 200 qr. soyutma mal əti, 2 ədəd yumurta, zeytun yağlı kələm salatı.

V gün:
Səhər: Qara qəhvə.
Nahar: Salat (1 ədəd soyutma yumurtanı və 3 ədəd böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgəcdən keçirib, üzərinə zeytun yağı əlavə edin).
Şam: Meyvə (üzüm və banandan başqa).

VI gün:
Səhər: Üzərinə limon şirəsi sıxılmış, sürtgəcdən keçirilmiş çiy kök.
Nahar: Buxarda bişmiş və ya qızardılmış balıq, 1 stəkan tomat şirəsi.
Şam: Meyvələr (banan və üzümdən başqa).

VII gün:
Səhər: Qara qəhvə.
Nahar: Suda bişmiş, yağsız, dərisiz toyuq, kələm və kök salatı.
Şam: 2 ədəd soyutma yumurta, üzərinə bitki yağı əlavə edilmiş kök salatı.

VIII gün:
Səhər: Yaşıl çay və ya ot dəmləməsi.
Nahar: 200 qr. soyutma mal əti və meyvə.
Şam: Pəhrizdəki istədiyin şam yeməklərindən birini seçə bilərsən (III gündən başqa).


Tarix: 25.11.2014 / 12:03 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri