beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik üçün praktik məsləhətlər

Hər vaxt baxımlı və ovsunlayıcı görünməyi sevən qadınlar üçün yenə möcüzə təkliflər var! Tətbiq edəcəyiniz praktik gözəllik təklifləriylə yaxşı görünüb, özünüzü yaxşı hiss edəcəksiniz!

Dəri məsamələrini təmizləmək
Bir qazan suya yarım limon qabığı, bir ovuc cəfəri, nanə və adaçayı qoyaraq qaynadın. Saçlarınızı başınızın üzərinə yığıb, gözlərinizi bağlayıb, dəsmalı çadır kimi edərək üzünüzü qazanın buxarına 10-15 dəqiqəyə qədər verin. Sonra yüzünüzü soyuq suyla yuyun. Bu sayədə dəri məsamələri təmizlənib möhkəmləşəcək.

Yağ yığılması
Dəridə yağ yığılmasına mane olmaq üçün bir çay qaşığı şəkər tozunu sabun köpüyü ilə qarışdıraraq yağlı bölgələri silin və ardından üzünüzü yuyun.

Su və dəriniz
Sağlam bir dəri və bədən üçün bol su içmək çox faydalıdır. Gündə ən az 1.5-2 litr arası su içilməlidir. Bundan başqa dərini bol suyla yumaq lazımdır. Yağış suyu dəri üçün çox böyük bir təmizləyicidir.

Solğun dəri üçün
Dəriniz çox rəngsiz və solğundursa, eyni ölçüdə kərəviz yarpağı, kök və qırmızı almanı sıxaraq, bu suyu gündə iki stəkan içə bilərsiniz. Həm dəri rənginiz düzələcək, həm də bədəniniz toksinlərdən təmizlənəcək. Dərinizi yuduqdan sonra yaş buraxmayıb dərhal bir dəsmalla qurulamalısınız. Dərinin üzərində quruyan su dərinin büzüşməsinə səbəb olar.

Ayaqlarda sızanaqlar
Ayaqlarda istənməyən və estetik görünüşü pozan sızanaqlar varsa, o zaman hər axşam ayaqlarınızı yuduqdan sonra spirtlə yaxşıca ovun, sonra talk pudrasıyla masaj edin. Həftədə bir dəfə yenə ayaqlarınızı yuduqdan sonra bir fırçayla ya da quru kisəylə ayaqlarınızı çəhrayı olanacan ovun.

Əl və ayaq tərləməsi
Əl və ayaq tərləməsi üçün o bölgələrə sprey sıxmaq ya da duzlu və sirkəli suyla yumaq yaxşıdır.

Dırnaq saralması
Saralan dırnaqların rəngini düzəltmək üçün sodalı suyla hər gün 2-3 dəqiqə dırnaqlarınızı ova bilərsiniz. Bir kibrit çöpünə doladığınız pambığı hidrogen peroksid məhluluna batırıb dırnaqlarınızı silə bilərsiniz.


Tarix: 22.11.2014 / 15:13 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri